EN

RU

AZ

Azərbaycan Milli Elmlər Akademiyası

A.İ. Qarayev adına Fiziologiya İnstitutu

привет

Fiziologiya İnstitutu 1968-ci ildə görkəmli alim və ictimai xadim akademik Abdulla İsmayıl oğlu Qarayevin təşəbbüsü və iştirakı ilə təşkil edilib və İnstitutun ilk direktoru akademik A.İ.Qarayev olub. Yaradılmış institutun əsas elmi istiqaməti orqanizmin metabolizminin sinir tənzimi, faqositozun fiziologiyası, respublika şəraitində kurort və müalicə faktorlarının orqanizmə təsiri kimi tibbi-bioloji elm sahələrini əhatə edib. Tədqiqatlarda fiziologiya elminin […]

Институт Физиологии Национальной Академии
Наук (НАН) им. А.И.Гараева

Fiziologiya İnstitutu 1968-ci ildə görkəmli alim və ictimai xadim akademik Abdulla İsmayıl oğlu Qarayevin təşəbbüsü və iştirakı ilə təşkil edilib və İnstitutun ilk direktoru akademik A.İ.Qarayev olub. Yaradılmış institutun əsas elmi istiqaməti orqanizmin metabolizminin sinir tənzimi, faqositozun fiziologiyası, respublika şəraitində kurort və müalicə faktorlarının orqanizmə təsiri kimi tibbi-bioloji elm sahələrini əhatə edib. Tədqiqatlarda fiziologiya elminin nəzəri və praktiki sahələrini əhatə edib. Tədqiqatlarda fiziologiya elminin nəzəri və praktiki sahələrini əhatə edən tibbi-bioloji çatışmazlıqların mexanizmləri haqqında yeni məlumatlar və onların  diaqnostik meyarlarını təsdiqləyən praktiki əhəmiyyətli nəticələr əldə olunub.
Bu illərdə aparılan elmi tədqiqat işlərinin inkişafı, onların əhəmiyyətinin keçmiş SSRİ-nin və xarici ölkələrin aparıcı mütəxəssisləri tərəfindən qəbul edilməsi Azərbaycan fiziologiya elminin nüfuzunu xeyli yüksəldib. Çoxillik tədqiqatlar əsasında inkişaf edən orqanizmdə beyin fəaliyyətinin analizinə sistemli funksional-dinamik yanaşma işlənib hazırlanıb. Bu da İnstitutda respublika və beynəlxalq forumların keçirilməsinə, institutun laboratoriyalarının beynəlxalq elmi proqramlara cəlb olunmasına təsir edib.
İnstitutda aparılan elmi tədqiqatların prioritet sahəsi canlıların həyat fəaliyyətinin fizioloji və fiziki-kimyəvi mexanizmlərinin araşdırılması olmaqla, “Orqanizmin inkişafının və həyat fəaliyyətinin fizoloji, ekoloji, neyrofizioloji və biokimyəvi əsasları” istiqaməti çərçivəsində inkişafın müxtəlif mərhələlərində mühit amillərinin canlıların fizioloji və biokimyəvi funksiyalarına təsiri, onların həyati təminat sistemlərinin mühafizəsi kimi aktual məsələlərin araşdırılmasına həsr edilib. Bu aspektdə aparılmış elmi tədqiqatlar nəticəsində orqanizmin uyğunlaşma reaksiyalarının tənzim olunmasının inteqrativ-ierarxiya nəzəriyyəsi irəli sürülmüş, interoseptiv mübadilə reflekslərin sinir tənziminin biokimyəvi qanunauyğunluqları müəyyən edilib.
Keçən əsrin 70-90-cı illərində Fizologiya İnstitutunda icra edilmiş elmi tədqiqatlarda heyvanlarda baş beynin inkişaf dinamikasının ontogenetik xüsusiyyətləri öyrənilmiş və neyronların formalaşma və funksional yetişmə dinamikası izlənilib. Kənd təsərrüfatı heyvanlarının məhsuldarlığının artırılmasına yönəldilmiş tətbiqi əhəmiyyətli elmi işlərdən, camışçılıqda südvermənin çoxaldılması sahsində aparılan işləri qeyd etmək lazımdır.
A.İ.Qarayev adına Fiziologiya İnstitutunun nəzdində 1979-cu ildə dünya şöhrətli alim-oftolmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın rəhbərliyi altında Bakı kondinsionerlər zavodunda “Göz xəstəliklərinin professional patologiyası” laboratoriyası yaradılmış və burada fundamental tədiqatlar əsasında peşə-göz xəstəliklərinin müalicəsinin yeni üsulları kəşf edilib.
İnstitutum elmi fəaliyyətinin digər istiqamətlərindən biri Xəzər və Xəzəryanı su hözvzələrində nərə balıqlarının ekoloji-fizioloji xüsusiyyətləri, onların yeni hibridlərinin yaradılması və inkişafının öyrənilməsi sahəsində aparılan tədqiqatlar olubdur.  Bu tədqiqatlar nəticəsində yalnız Xəzər dənizində yayılan nərəkimilərin növ tərkibi, çoxalma miqrasiyası və eko-biologiyası haqqında məlumatlar əldə edilib.
Fiziologiya İnstitutunun ayrı-ayrı inkişaf dövrlərində tibbi-bioloji baxımdan əhəmiyyət kəsb edən tədqiqat işlərinə də geniş diqqət yetirilib. Bu sahədə aparılan elmi axtarışlarda respublikanın bolneoloji resusrlarının müalicəvi və profilaktik xassələri öyrənilib. Eyni zamanda Azərbaycan ərazisində yaşayan uzunömürlülərin eko-bioloji kriteriyalara əsaslanan “pasportlaşdırılma”sı aparılıb, onların fizioloji sağlamlıq göstəriciləri araşdırılıb. Respublikamızda uzunömürlülük fenomeninin populyasion xarakter daşıdığını nəzərə alaraq, hazırda institutda bu sahədə tədqiqatların daha da genişləndirilməsi məqsədilə bir sıra mühüm addımlar atılmışdır. Ukrayna Elmlər akademiyasının Herontologiya institutu ilə birlikdə uzunömürlülər diyarı kimi Azərbaycanın bir neçə bölgələrinə geniş miqyasılı ekspedisiyalar aparılması nıəzərdə tutulmuşdur.
İnstitutun alimləri tərəfindən alınmış elmi dəlillər fiziologiya sahəsində nüfuzlu dövrü mətbuatda müzakirələrə çıxarılmış,  4000-dən çox elmi məqalə və tezis, əməkdaşların və Azərbaycan Fizoloqlar Cəmiyyətinin üzvlərinin elmi nəticələrinin külliyyatının 32 cildi və 60-a yaxın monoqrafiya nəşr edilmişdir. Onlardan “Faqositozun fiziologiyası”, “İnteroreseptor və maddələr mübadiləsi”, “İnteroreseptiv qlikemik reflekslər, onların qabıq lakalizasiyası və sinir tənziminin mexanizmləri”, “Hippokampın neyrokimyəvi mexanizmləri, teta ritm və davranış”, “Onurğalı heyvanlarda qlikemik reaksiyalarda interoreseptiv təsirlərin filogenetik və ontogenetik təkamülü”, “Ontogenetik visseral afferentasiyasının mərkəzi tənzimi”, “Uşaq yaşlarında hipoksiyası”, “Ekən ontogenezdə təbii və suni yolla çoxaldılmış nərəkimilərin körpələrinin davranışının müqayisəli öyrənilməsi”, “Zavod şəraitində böyüdülmüş nərəkimilərin yaş və çəki standartları”, “Azərbaycanda sənaye əhəmiyyətli olan qiymətli balıqların inkişafının ekoloji-fizioloji xüsusiyyətləri”, “İnsan və heyvan fiziologiyasının öyrənilməsində yeni mərhələ”, “Neyroz və normada uşaqların beyninin formalaşmasının yaş xüsusiyyətləri” və s. kimi diqqəti cəlb edən monoqrafiyaları xüsusilə qeyd etmək olar. Elmi-tədqiqat işlərinin nəticəsi, həmçinin 37 müəlliflik  şəhadətnaməsində, 1 ixtirada və 8 elmi təklifdə öz əksini tapmışdır. Elmi əsəsrlərin 60%-dən çoxu xarici mətbuatda çap edilib. İnstitutun elmi tədqiqat işlərinin nəticələri keçmiş SSRİ-nin Xalq Təsərrüfatları Nailiyyətləri Sərgisində nümayiş edilib, medallarla təltif olunub. Qabaqcıl alimlərimizin bir qrupunun elmi nailiyyətləri Azərbaycamn SSR Dövlət Mükafatına layiq görülüb.
İnstitutun əsas fəaliyyət dövründə 80-dən çox təsərrüfat hesablı işlər aparılmışdır. İnstitutun əməkdaşları dərman preparatı protaminsulfatın zavod şəraitində buraxılmasının texnologiyasını hazırlayıb, keçmiş Sovetlər İttifaqında tibbi tətbiqinə təqdim etmişdir. İnstitut həmçinin Bakı endokrin preparatları zavodu ilə birgə heparinin hazırlanması, təmiz preparatın buraxılmasında iştirak edib.
Müxtəlif zamanlarda İnstitut Türkiyə, İran, Fransa, Almaniya, İngiltərə, ABŞ, İsveç, Yaponiya, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Polşa, Macarıstan və digər ölkələrin profilli adakemik elmi-tədiqat institutları, habelə sahə müəssisələri ilə sıx əməkdaşlıq etmişdir.
Hazırda İnstitutun 154 əməkdaşını birləşdirən 11 elmi-tədqiqat laboratoriyasında fiziologiyasnın fundamental və praktiki əhəmiyyətli, o cümlədən, orqanizmin inkişaf səviyyəsinindən asılı adaptiv proseslərin molekulyar, hüceyrə və sistem mexanizmləri tədqiq edilir. Müxtəlif mənşəli ekoloji çirklənmənin canlıların genotipinə, nəsil vermək və yaşamaq qabiliyyəti kimi bioloji xassələrinə təsirinin fundamental və praktiki aspektləri araşdırılır.