НОВОСТИ Архив 1889 Çap et
27.08.2020 / Интересная информация ABŞ-da koronavirusa qarşı peyvənd sınaqlarının ikinci mərhələsi başlayıb

ABŞ-ın “Novavax” əczaçılıq şirkəti COVID-19 əleyhinə toxunulmazlığı təmin etməyi hədəfləyən potensial peyvəndin klinik sınaqlarının ikinci mərhələsinə başlayıb.

"NVX-CoV2373" adlı peyvənd ilk mərhələdə ümumilikdə 131 könüllü üzərində sınaq edilib və onun təsiri müşahidə olunub. İkinci mərhələdə isə dərmanın 18 yaşdan 84 yaşa qədər olan 1500 sağlam könüllü üzərində sınanması nəzərdə tutulub.

ABŞ və Avstraliyanın 40-a yaxın mərkəzində aparılacaq sınaqlarda könüllülərə 5, 25 və 50 mikrogram gücləndirici peyvənd dozaları vurulacaq. Sınaqlar müxtəlif yaş qruplarından olan insanların təhlükəsizliyi və toxunulmazlıq təsirini ölçmək məqsədi daşıyır.

ABŞ hökuməti klinik sınaqların uğurlu olacağı təqdirdə "Novavax"ın bu il ən az 100 milyon və 2021-ci ildə 1,5 milyard doza istehsal edə biləcəyini açıqlayıb.