2019-cu ilin mart ayında Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) sənədlərinin qiymətləndirilməsi ilə əlaqədar olaraq Alyansın ekspertlərinin ölkəmizə səfər etmələri nəzərdə tutulur.
FTƏP-in milli qiymətləndirmə sənədinin praktiki dəyərini artırmaq üçün mövcud öhdəliklərin həyata keçirilməsi üçün NATO tərəfinin dəstəyinə ehtiyac olan sahələr, NATO SPS proqramından irəli gələn məqsədlər üzrə görülmüş işlərə dair məlumatları və əlavə təklifləri 01 fevral 2019-cu il tarixinə qədər beynəlxalq əlaqələr idarəsinə göndərməyiniz xahiş olunur.