17.09.2020 Doktoranturaya və dissertanturaya hazırlaşanların nəzərinə!

AMEA-nın akademik Abdulla Qarayeva adına Fiziologiya İnstitutu AR Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün  fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul Planına əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura:

2411.01 İnsan və heyvan fiziologiyası – cəmi 3 yer:

1 yer (əyani büdcə hesabına),  1 yer (qiyabi büdcə hesabına),  1 yer (qiyabi ödənişli əsaslarla)

Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura:

2411.01 İnsan və heyvan fiziologiyası – cəmi 2 yer 

1 yer (büdcə hesabına), 1 yer (ödənişli əsaslarla)

2406.02 Biokimya – cəmi 1 yer

1 yer (büdcə hesabına)

 Elmlər doktoru hazırlığı üzrə doktorantura:

2411.01 İnsan və heyvan fiziologiyası – cəmi 2 yer

1 yer (qiyabi budcə hesabına),  1 yer (qiyabi ödənişli əsaslarla)

Elmlər doktoru hazırlığı üzrə dissertantura:

2406.02 Biokimya – cəmi 2 yer 

1 yer (büdcə hesabına), 1 yer (ödənişli əsaslarla)

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 17 sentyabr - 7 oktyabr 2020-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Tel.: (+994 12) 432 98 99