Bu gün АМЕА-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu əməkdaşlarının onlayn iclası keçirilib.
İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova online yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Daha sonra "Hüceyrənin morfofunksional plastikliyi" laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor Fəxrəddin Əskərov laboratoriyanın perspektiv elmi-tədqiqat işlərinin inkişaf istiqamətləri haqqında məlumat ilə iclas iştirakçılarını tanış edib.
"Uzunömürlülüyün fiziologiyası" laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Natavan Kərəmovanın "Pandemik stresin ahıl, qoca və uzunömürlülərin psixofizioloji göstəricilərinə təsiri" adlı çıxışı dinlənilib.
Sonda hər iki mövzu müzakirə edilib, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.