NEWS Archive 1980 Çap et
24.08.2020 / Conferences, sessions Fiziologiya İnstitutunun əməkdaşi beynəlxalq konfransda iştirak edib

Bu gün Europa Spa (Avropa tibbi, müalicəvi və sağlamlaşdırıcı turizm assosiasiyası) təşkilatının Almaniyanın Wiesbaden şəhərində beynəlxalq onlayn konfransı keçirilib. Konfransda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının böyük elmi işçisi Şövqi Hüseynov iştirak edib.

Avropanın inkişaf etmiş ölkələri, Yeni Zelandiya, Çin Xalq respublikası da daxil olmaqla 20-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə baş tutan konfransada təcrübəli mütəxəsislər tərəfindən COVİD 19-la əlaqədar dünyada baş vermiş pandemiya dövründə tibbi, müalicəvi və sağlamlaşdırıcı turizmin vəziyyətə uyğun şəkildə təşkili qaydaları və prinsipləri haqqında çıxışlar olub. Bura hava limanlarından sanatoriyalara və müalicə obyektlərinə qədər insanların transferindən başlayaraq, müalicə müəssələrində qidalanma, qonaqlama, müalicə prosedurları, sanitariya-gigiyena və dezinfeksiya qaydaları və.s haqqında danışılıb. Eyni zamanda Europa Spa-nın sabiq prezidenti Joachim Lieber son bir neçə ay müddətində səfər etdiyi dünyanın bir neçə ölkəsində yerləşən sağlamlaşdırıcı turizm mərkəzlərində bu xidmətlərin necə təşkil edilməsi, çatışmazlıqlar və üstünlüklərə dair təcrübəsini bölüşüb. Həmçinin avropalı ekspertlərdən olan Tobias Bielenstein ABŞ ilə Avropa ölkələrində karantin dövründə bu xidmətin təşkili qaydalarındakı fərqliliklər və onların üstünlükləri və çatışmazlıqları haqqında geniş məlumat verib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.