NEWS Archive 1921 Çap et
04.09.2020 / Interesting information Yaponiyada elektron poçtla göndərilən süni nəfəs aparatı hazırlanıb

Yaponiyanın Niiqata şəhərində hələ 2017-ci ildə elektrik tələb etmədən işləyən və 3D dizaynerlər tərəfindən yaradılan süni nəfəs aparatının layihəsi təqdim olunub.

Hurriyet.com.tr xəbər verir ki, dünyanın hər yerinə elektron poçt SMS-i vasitəsilə göndərilən süni nəfəs aparatı hissəcikləri 3D-çap sayəsində istehsal oluna biləcək.

Cihazın hissəcikləri əvvəlcə Beynəlxalq Kosmik Stansiyaya göndərilib və kosmosda hissəciklər birləşdirilərək 3D ölçülü süni nəfəs aparatı istehsal olunub.

Qeyd edək ki, e-poçt vasitəsilə göndərilən 3D hissəciklərdən yaradılan süni nəfəs aparatını almaq üçün ödəniş etmək tələb olunmayacaq.