"Mühit amilləri və analizatorların formalaşması" laboratoriyası

Struktur bölmənin adı

Mühit amilləri və analizatorların formalaşması

Tel.

(994 12)  432 39 00

Faks

(994 12) 432 67 68

Elektron poçtu

[email protected]

Struktur bölmənin rəhbəri

b.ü.f.d., dosent Afiq Qurbanəli oğlu Qazıyev

İşçilərin ümumi sayı

11

Əsas fəaliyyət istiqamətləri

  • Ontegenezin ayrı-ayrı mərhələlərini ekstremal şəraitdə (hipoksiya, hipokineziya və elektromaqnit dalğaları ilə şüalanma) keçirmiş orqanizmlərdə analizator funksiyaların formalaşması, yeni nəslin yaşamaq qabiliyyəti kriteriyalarının (mərkəzi sinir sistemi və ürək–qan damar sisteminin elektrofizioloji parametrləri, biometrik və davranış göstəriciləri) tədqiqi;
  • İnkişafın dinamikasında qeyri əlverişli daxili və xarici mühit amillərinin mənfi təsir effektlərinin təbii bioloji birləşmələrlə (dərman bitkiləri ekstraktları və d. təbii kompozisiyalar) korreksiyası.

Əsas elmi nəticələri

  • Ontogenezin müxtəlif mərhələlərində baş beyin sinir hüceyrələrinin aktivlik dərəcələri öyrənilmiş və onların beyin qabığı qatları üzrə funksional yetişkənlik kriteriyaları müəyyən edilmişdir.
  • Aşkar edilmişdir ki, beyin qabığının hissi-hərəki mərkəzinin ləngidici neyronlarının funksional yetişkənlik müddəti oyandırıcı neyronlarla müqayisədə gecikir və doğuşdan sonrakı inkişafın 14-15-ci günlərinə təsadüf edir.
  • İlk dəfə olaraq baş beyin qabığı local mikroneyron ansamblarında peysmeker əhəmiyyətli neyronlar qrupu aşkar edilmişdir.
  • Antenatal inkişafın kritik mərhələlərində ekstremal amillərin (hipoksiya – oksigen aclığı, hipokineziya – hərəkət məhdudluğu və elektromaqnit dalğaları ilə şüalanma) yeni nəslin fizioloji funksiyalarının formalaşma dinamikasına dayanıqlı təsirlərlə səciyyələnir.
  • Aşkar edilmişdir ki, antenatal (bətndaxili) inkişafın kritik dövrləri müxtəlif mənşəli ekstremal amillərin xroniki təsirinə qarşı seçici reaksiyalarla xarakterizə olunurlar.
  • Bətndaxili inkişafın rüşeym mərhələsinin fiziki-kimyəvi mənşəli ekstremal amillərin təsirinə məruz edilməşi əsasən nəslvermə qabiliyyətinin azalması və dölsüzlüklə nəticələnir.
  • Prenatal ontogenezin dölönü mərhələsində ekstremal amillərin təsirinə məruz edilmiş yeni nəslin sonrakı fərdi inkişafı zamanı yaşamaq qabiliyyətinin zəfləməsi və müxtəlif səviyyəli çatışmazlıqlar təzahür edir.
  • İnkişafın döl dövründə ekstremal amillərin təsirinə məruz edilmiş yeni nəsldə daha çox sinir sisteminin analitik fəaliyyətində və davranış reaksiyalarında nöqsanlar aşkar edilir.
  • Bətndaxili inkişafın kritik dövrlərində mühit amillərinin mənfi təsir nəticələri bitki mənşəli bioloji aktiv birləşmələr təsirindən qismən bərpa oluna bilir.