2017-ci il oktyabrın 10-11-də Bakı ş. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun
50-illiyinə həsr olunmuş Azərbaycan Fizioloqların V Qurultayı keçirilib.
Qurultayın işində xaricdən gələn nüfuzlu alimlər də iştirak etmişdilər. Xüsusən, REA-nın P.K. Anoxin adına Normal Fiziologiya İnstitutunun direktoru, t.e.d., REA-nın müxbir üzvü S.K. Sudakov; Gürcüstan İ. Beritaşvili adına Biotəbabət Mərkəzinin direktoru, b.e.d. D.K. Nadareyşvili; Moskva Dövlət Universitetinin Biologiya fakultəsinin “Davranışın fiziologiyası və genetikası” laboratoriyasının rəhbəri, b.e.d., prof. Z.A. Zorina; Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin “Yaddaş mexanizmlərinin təkamülü” laboratoriyasının rəhbəri, b.e.d. A.N. İnozemtsev və başqaları. Qurultayın açılışında AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov iştirak etmişlər.


BMT Malta Beynəlxalq Qocalma İnstitutu, Azərbaycan Herontoloqlar Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə13-15 noyabr 2017-ci il tarixində Bakıda herontologiya və heriatriya üzrə Beynəlxalq məktəb çərçivəsində treninq keçirilib.
İştirakçılar: BMT-Malta Beynəlxalq Qocalma İnstitutunun direktoru prof. Marvin Formoza; Sosial təminat sahəsində Avropa siyasət və tədqiqat Mərkəzinin baş məsləhətçisi (Avstriya) d-r Aleksandr Sidorenko; Rusiyanın İPK FMBA-nın terapiya, geriatriya və yaşlanma əleyhinə tibb kafedrasının müdiri, “Gerontologiya” elmi-tədqiqat tibb mərkəzi olan muxtar qeyri-kommersiya təşkilatının direktorunun birinci müavini, t.e.d., prof. Andrey İlnitskiy; AMEA-nın BTEB-nin akademik-katibi akademik Əhliman Əmiraslanov, AMEA-nın Fiziologiya İnstitutunun b.e.d., prof. Ulduz Həşimova və b.


Fiziologiya İnstitutu Yüksək Texnologiyalar Parkı ilə birgə AMEA RH-nin və Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 1-2 iyun 2018-ci il tarixdə Naftalan şəhərində beynəlxalq səviyyəli "Naftalan-2018" elmi-praktiki konfransı keçirmişlər.
Konfrans çərçivəsində naftalan neftinin əsasında işlənən innovativ məhsulların sanator-kurort və tibbi-bərpa sektorunda istifadə problem və perspektivləri müzakirə edilmişdir. Konfransda Azərbaycan alimləri ilə yanaşı Çex Respublikası, Qazaxstan və Gürcüstandan dəvət olunmuş alim və mütəxəssislər iştirak etmişdir.