Struktur bölmənin adı | Hüceyrə metabolizminin fiziologiyası |
Tel. | (994 12) 432 33 87 |
Faks | (994 12) 432 67 68 |
Elektron poçtu | |
Struktur bölmənin rəhbəri | f.-r.ü.e.d., professor Əhməd Məhəmməd oğlu Hacıyev |
İşçilərin ümumi sayı | 13 |
Əsas fəaliyyət istiqamətləri | Qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmalarının canlı orqanizmə təsirində oksidativ proseslərin rolu. Oksidant-antioksidant qarşılıqlı əlaqələrin orqanizmin adapitv reaksiyalarında iştirakı (ekstremal faktorların, fiziki yüklərin təsirində). |
Əsas elmi nəticələri | Eksperimental heyvanlar üzərində aparılan geniş tədqiqatlar desimetr diapazonunda elektromaqnit şüalanmasının xroniki təsirinə məruz qalan orqanizmdə oksidativ proseslərin və antioksidant müdafiə sisteminin reaksiyalarını üzə çıxarmışdır, bununla da qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmasının bioloji təsirinin sərbəst radikal mexanizmi ilə reallaşması konsepsiyasının fundamental bazası inkişaf etdirilmişdir. In vitro tədqiqatlarda aşağı intensivlikli 460 MHz elektromaqnit şüalanmasının göz büllurunda redoks vəziyyətə təsiri yolu ilə kataraktın profilaktikası imkanı aşkar edilmişdir. Fiziki məşq yüklərinə məruz qalan orqanizmdə skelet əzələlərinin antioksidant müdafiə sisteminin adaptiv dəyişmələri üzə çıxarılmış və bu dəyişmələrin əzələlərin sürət tipindən və antioksidantların subhüceyrə mənsubiyyətlərindən asılılığı göstərilmişdir. |