"Görmənin fiziologiyası" yaradıcı qrupu

Struktur bölmənin adı

Görmənin fiziologiyası

Tel.

(994 12) 432 15 20

Faks

(994 12) 432 67 68

Elektron poçtu

[email protected]

Struktur bölmənin rəhbəri

b.ü.e.d. Elmira Nurətdinovna Pənahova

İşçilərin ümumi sayı

7

Əsas fəaliyyət istiqamətləri

Görmə analizatorunun neyrofiziologiyası, hipotalamusta torlu qışanın reabilitasiya proseslərində neyrotrofik faktorun rolu, heyvanlarda neyrodegenerativ xəstəliklərin modelləşməsi (Alzheymer xətəliyi) və Azərbaycanda bitən sarıkök, zəfəranın və kök hüceyrəsi, protektor və kompensator qismində istifadə edilməsi, qocalmada görmə-idarə etmə davranışı və yaddaşın formalaşmasının neyrofizioloji tədqiqatı.

Əsas elmi nəticələri

Amiqdala baş beynin görmə qabığına spesifik siqnalların daxil olduğu görmə yolunun hər iki (parvosellular və maqnosellular) kanalı boyunca inteqral məlumatın ötürülməsinə nəzarətdə iştirak edir. Müəyyən olunmuşdur ki, bazolateral amiqdala görmə siqnalının aktuallaşmasına, filogenetik planda daha qədim olan kortikomedial amiqdala isə qabıqda, əsasən retinogenikulokortikal yolda görmə məlumatının ötürülməsinə ləngidici effekt göstərir,yəni bazolateral və kortikomedial amiqdala görmə qabığına əks təsir edir.

Ada dovşanlarına bazo-lateral amiqdalasına penisilinin yeridilməsindən sonra ilk olaraq görmə sisteminin bütün strukturalarında, torlu qişa da, yaranmış epileptik qıcolmaları (iktal və interiktal spayklar) elektrofizioloji eksperimentlərdə müşahidə edilir.