08.10.2020 Fiziologiya İnstitutu “KÖNÜLLÜ POÇT” adlı kampaniyaya başladı

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu gənc alim və könüllülərin təşəbbüsü ilə “Könüllü poçt” adlı kampaniyaya başladı. Kampaniya çərçivəsində mütəmadi olaraq Azərbaycan Ordusunun əsgər və zabitlərinə vətəndaşlarımız tərəfindən yazılan, onlara mənəvi dəstək, qələbə ruhu verən məktubların çatdırılması nəzərdə tutulur.

Bildiririk ki, 16 oktyabr 2020-ci il tarixində Naftalan və Tərtər rayonları ərazisinin sakinləri və cəbhə bölgəsindəki əsgərlərimizlə ilk görüş təşkil olunacaq. Hər bir arzu edən öz adını və soyadını göstərməklə əsgərlərimizə ürək sözlərini yaza, onlara dəstəyini ifadə edə bilər.

Məktubların son qəbul günü: 14.10.2020

Ünvan: Bakı şəhəri, Şərifzadə küç., 78

              AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu

Elektron poçt:ulviyyeisrafilova@gmail.com

Tel.: (994 12) 432-43-21

        (994 55) 604-41-61 (Ülviyyə İsrafilova)