13.05.2025 Doktoranturaya hazırlaşanların nəzərinə!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  akademik Abdulla Qarayeva adına Fiziologiya İnstitutu AR Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2025-ci il üçün  fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul Planına əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura: - 3 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 2 yer (əyani, büdcə hesabına, ödənişli):

2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (əyani ödənişli):

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. (Portal.edu.az vasitəsilə 13.05.2025-02.06.2025-ci il tarixlərində müraciətlər qəbul olunacaq).

 

Tel.: (+994 12) 432 98 99

        (+994) 51 893 10 93