22.10.2020 İnstitutun əməkdaşları beynəlxalq konfransda iştirak edəcək

2020-ci il noyabr ayının 5-7-də İngiltərənin Bournemouth şəhərində yerləşən eyni adlı Bournemouth Universitetində “Davranış və Sosial Hesablama” mövzusunda 7-ci Beynəlxalq Konfrans keçiriləcək (7th International Conference on Behavioural and Social Computing). Əsas istiqaməti fərqli mühitlərdə insanların davranış xüsusiyyətləri və sosial hesablamalar olan konfransda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru Xədicə İsmayılova və doktorant Murad Sultanov iştirak edəcəklər. Onların göndərdiyi məqalə rəyçilər tərəfindən müsbət qiymətləndirilib. “Zoom” sistemi vasitəsilə onlayn formatda keçiriləcək  konfransın materiallarının  Scopus, IEEE Xplore, DBLP və başqa sistemlərdə indeksləşməsi planlaşdırılıb.

Maraqlananlar daha ətraflı məlumat almaq və konfransın gedişatını izləmək üçün bu saytlara daxil ola bilərlər:

https://www.eventbrite.co.uk/e/besc2020-tickets-124163748113

https://research.cs.wisc.edu/dbworld/messages/2020-02/1582084335.html