29.01.2021 Vətən müharibəsi qəhrəmanlarının Xatirə guşəsi yaradılır

Qəhrəmanlar xalqa müharibələrin bəxşişidir. Onları tanımaq və gələcək nəsillərə tanıtmaq isə bizim vətəndaşlıq borcumuzdur.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu bu vəzifəni layiqincə yerinə yetirmək, Milli qəhrəmanlarımızı gənc nəslə daha yaxından tanıtmaq, onlara vətənpərvərlik ruhu aşılamaq, torpaqlarımızın azadlığı urğunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək üçün xatirə guşəsi yaradır.

Bu məqsədlə xahiş edirik, şəhidlərimizin, qazilərimizin fotosunu və ən azı bir əşyasını bizə göndərəsiniz.

Bildiririk ki, bu xatirə guşəsindəki eksponatlar eyni zamanda Mərkəzi muzeyə təhvil veriləcək.

Ünvan: Bakı şəhəri, A.Şərifzadə küç., 78

AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu

Elektron poçt: ulviyyeisrafilova@gmail.com

Tel.: (+994 12) 432 34 21