05.07.2021 Doktorantura və dissertantura üzrə sənəd qəbulu başlayıb

Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 2 iyul 2021-ci il tarixli 199 saylı Sərəncamına əsasən 2021-ci il doktoranturaya və disserrtanturaya qəbul ELAN edilir. Sənəd qəbulu 5 iyul 2021-ci il tarixindən 20 avqust 2021-ci il tarixinədək edəcək.

Doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 1 yer “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə qiyabi (büdcə hesabına), Dissertantura  yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 2 yer “İnsan və heyvan fiziologiyası” ixtisası, 1 yer “Biokimya” ixtisası  üzrə  (büdcə hesabına), Doktorantura yolu ilə elmlər  doktoru hazırlığı üzrə 2 yer “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə  qiyabi (1 yer büdcə hesabına, 1 yer ödənişli əsaslarla), 1  yer “Biokimya” ixtisası  üzrə  (büdcə hesabına), Dissertantura  yolu ilə elmlər doktoru hazırlığı üzrə 1 yer “İnsan və heyvan fiziologiyası” ixtisası  üzrə  (büdcə hesabına)

Sənədlər 20.08.2021-ci il tarixindən gec olmayaraq təqdim edilməlidir.