15.09.2021 AMEA və Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi tərəfindən layihə müsabiqəsi elan edilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi tərəfindən AMEA-nın elmi müəssisələri üçün 2022-2023-cü illər üzrə müştərək layihə müsabiqəsi elan edilir.

Layihə təklifləri aşağıdakı sahələr üzrə təqdim edilməlidir:

- rəqəmsal informasiya-kommunikasiya və sahələrarası texnologiyalar;

- maşınqayırma texnologiyaları, avadanlıqların yaradılması və innovativ materiallar;

- biolotibb istiqamətləri: biotexnologiyalar (genom, postgenom, hüceyrə, mikrobial, tibbi, istehsal), infeksion (virus etiologiyaları daxil olmaqla) və qeyri-infeksion xəstəliklərin diaqnostikası, tibbi profilaktikası və müalicəsi, süni toxuma və orqanlar, fərdi tibb, farmoseptik substansiyalar və dərman preparatları;

- yeni materialların yaradılması.

Təqdim olunan layihə müəlliflərinə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun mövzulara üstünlük verilməsi tövsiyə olunur.

Layihə təklifləri 15 sentyabr 2021-ci il tarixindən 15 noyabr 2021-ci il saat 18:00-a qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsi tərəfindən qəbul edilir. Layihələrin elektron variantı [email protected] ünvanına göndərilməlidir.

Ərizə formalarını buradan yükləyə bilərsiniz.

Qeyd edək ki, layihələr ingilis dilində qəbul olunur.

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə müraciət edilə bilər.

Tel.: (+994 12) 492 34 46

 

science.az