Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 1 aprel 2022-ci il tarixli 8/4 nömrəli qərarına əsasən 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu 14 iyun 2022-ci il saat 17:00-dək uzadıldı.
Sənədlərin siyahısını science.gov.az. səhifəsindən girib baxa bilərsiz. (https://science.gov.az/az/news/open/20395)
Doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 3 yer: “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə qiyabi (büdcə hesabına) – 1 yer, “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə qiyabi (ödənişli əsaslarla) – 1 yer, “Biokimya” ixtisası üzrə qiyabi (büdcə hesabına) – 1 yer. Dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 3 yer: “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə (büdcə hesabına) – 1 yer, “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə (ödənişli əsaslarla) – 1 yer, “Biokimya” ixtisası üzrə (büdcə hesabına) – 1 yer. Doktorantura yolu ilə elmlər doktoru hazırlığı üzrə 3 yer: “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə qiyabi (büdcə hesabına) – 1 yer, “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə qiyabi (ödənişli əsaslarla) – 1 yer, “Biokimya” ixtisası üzrə qiyabi (büdcə hesabına) – 1 yer.