02.06.2022 AMEA-da ingilis dili biliyi ilə üzrə məlumat bazası hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasında ingilis dili biliyi ilə bağlı məlumat bazası hazırlanmaqdadır. İntermediate və daha yüksək səviyyəyə malik olan AMEA-nın əməkdaşları, qəbul imtahanına hazırlaşan iddiaçılar, minimum imtahanı verəcək doktorantlar və dissertantlar, habelə magistrantlar öz məlumatlarını (bu səviyyəyə müvafiq hər hansı bir sertifikata sahib olanlar sertifikatlarını da) AMEA RH aparatı Təhsil şöbəsinə (137-ci otaq) təqdim edə bilərlər. İştirak etmək istəyənlər 08 iyun 2022-ci il tarixinədək qeydiyyatdan keçə bilərlər.