04.04.2023 Fiziologiya İnstitutu 2023-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə Doktorantura və Dissertanturaya sənəd qəbulu elan edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun  2023-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə Doktorantura və Dissertanturaya sənəd qəbulu Elan edir.

Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktorantura və Dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı”  xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Doktorantura və Dissertanturaya sənəd qəbulu 12 aprel tarixindən 16 may tarixinə kimi davam edəcək.

 

2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı

 Doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə: 2 yer “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə (əyani 1 yer büdcə hesabına, qiyabi 1 yer ödənişli əsaslarla), 1 yer “Biokimya” ixtisası  üzrə  (əyani 1 yer büdcə hesabına). Dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 2 yer “İnsan və heyvan fiziologiyası” ixtisası (1 yer büdcə hesabına, 1 yer ödənişli əsaslarla), 1 yer “Biokimya” ixtisası  üzrə  (büdcə hesabına), Doktorantura yolu ilə elmlər  doktoru hazırlığı üzrə 2 yer “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə  qiyabi  (1 yer büdcə hesabına, 1 yer ödənişli əsaslarla), 1  yer “Biokimya” ixtisası  üzrə  (büdcə hesabına), Dissertantura  yolu ilə elmlər doktoru hazırlığı üzrə 2 yer “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə  (1 yer büdcə hesabına, 1 yer ödənişli əsaslarla), 1  yer “Biokimya” ixtisası  üzrə  (büdcə hesabına).