05.04.2023 Ulu Öndər H.Əliyevin 100 illiyi əlaqədar olaraq Spartakiada yarışları keçiriləcək

 

Əməkdaşların nəzərinə!

Aprel ayında AMEA-da Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Ulu Öndər H.Əliyevin 100 illiyi əlaqədar olaraq Spartakiadanın keçirilməsi nəzərdə tutulmuşdur. Yarışlar idmanın 3 növü üzrə - futbol, tennis və şahmat (qadın və kişilər arasında) keçiriləcək. Həmin yarışlarda iştirak edəcək komandalarımızın üzvləri haqqında 10 aprel 2023-cü ilə qədər aşağıda qeyd etdiyimiz məlumatları təqdim etməyiniz xahiş olunur.

Bu siyahı müvafıq institutuların rəhbər vəzifəli şəxsləri və Həmkarlar İttifaqı Komitəsinin sədrləri tərəfındən təsdiq edilməlidir. Yarışda iştirak edəcək hər bir əməkdaş 3x4 sm ölçüdə 1 foto şəkil, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, işlədiyi təşkilata aid olan vəsiqənin surəti müvafıq sənədlərlə birlikdə təqdim olunmalıdır. Şahmat və stolüstü tennis yarışları üzrə (qadın və kişi) hər bir İnstitut 2 namizəd təqdim edə bilər. Futbol komandasının tərkibi 10 nəfərdən ibarət olmalıdır.

Tennis və şahmat yarışlarında iştirak edənlərin sənədləri Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, Fizika İnstitutunun Həmkarlar Komitəsinin (HK) sədri Sitarə Bağırovaya (230-cu otaq Telefon: 012-539-57-63, 050-668-63-37), Futbol yarışında iştirak edənlərin sənədləri isə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevə (telefon: 050 450 50 64) təqdim olunmalıdır.