15-16 sentyabr 2023-cü il tarixlərində Bakı şəhərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin və Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransın istiqamətləri:
Konfransın dili: Azərbaycan, rus və ingilis dilləri
Məktubun mövzu yerində “Görmənin fiziologiyası və peşə patologiyaları” sözlərinin yazılması tələb olunur.
Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.
Tezisin mətni:
Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1 olmaqla, ən çoxu 2 səhifə həcmində olmalıdır.
Abzaslar (1 sm) arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.
Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxdıqdan sonra növbəti sətirdə ortadan baş hərfləri böyük olmaqla BOLD (qara) şriftlə tezisin məliflərinin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxdıqdan sonra növbəti sətirin əvvəlindən italik (kursiv) şrifti ilə hər müəllifin iş yeri, bir sətir aşağıda korrespondent müəllifin e-mail ünvanı verilir.
Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.
Ədəbiyyat siyahısı verilmir.
Vacib qeydlər:
- Tezislər orijinal tədqiqat işinin nəticələrini əhatə etməlidir.
- Qaydalara uyğun hazırlanmayan (nümunəyə bax), internet materiallarından ibarət olan, redaktə edilməmiş tezislər qəbul olunmayacaq və nəşr edilməyəcəkdir.
- Tezislər konfransda mütləq ya canlı, ya da poster formasında təqdim edilməlidir.
- Tezisin altında konfransda təqdimatla çıxış edəcək həmmüəllif göstərilir.
- Tezislərin qəbulu üçün son tarix – 5 sentyabr 2023-cü ildir. Nümunə ilə buradan tanış ola bilərsiniz.
Məqalələr bu e-mail ünvana göndərilməlidir: [email protected]
Tel.: (+994 50) 683 10 93, E-mail: [email protected]
Tel.: (+994 50) 490 66 02, E-mail: [email protected]