09.04.2024 Fiziologiya İnstitutu 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Doktoranturaya və dissertanturaya hazırlaşanların nəzərinə!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  akademik Abdulla Qarayeva adına Fiziologiya İnstitutu AR Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün  fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul Planına əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura: - 2 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (əyani büdcə hesabına):

2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (əyani büdcə hesabına):

 

Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura: - 1 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (büdcə hesabına):

 

Elmlər doktoru hazırlığı üzrə doktorantura: - 3 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə  - 2 yer ( 1 yer qiyabi büdcə hesabına, 1  yer əyani ödənişli əsaslarla):

2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (qiyabi büdcə hesabına):

 

Elmlər doktoru hazırlığı üzrə dissertantura: - 2 yer

2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (ödənişli əsaslarla):

2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (büdcə hesabına):

 

 

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. (Portal.edu.az vasitəsilə 16.04.2024-15.05.2024-cü il tarixlərində müraciətlər qəbul olunacaq).

 

Tel.: (+994 12) 432 98 99