XƏBƏRLƏR Arxiv 2083 Çap et
21.02.2020 / Görüşlər Fiziologiya institutunda məktəblilərlə görüş keçirilib

Elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması və onlarda elmi dünyagörüşünün formalaşdırılması məqsədi ilə  242 №-li məktəbin şagirdləri ilə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda görüş keçirilib. Görüşdə institutda aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Sonda şagirdlərin iştirakı ilə Neftçala rayonu Xıllı balıq zavodunda yetişdirilən çəki balığı körpələri üzərində təcrübə aparılmış, kimyəvi tərkibli maddələrin canlılara təsiri öyrənilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.