XƏBƏRLƏR Arxiv 1779 Çap et
25.02.2020 / Maraqlı məlumatlar BDU-nin tələbələri Fiziologiya İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin IV kurs tələbələri AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda "Biologiya" ixtisası üzrə istehsalat təcrübəsinə başlayıblar.

Gənclər müəssisənin laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olur, dünya praktikasında tətbiq edilən metodlar haqqında məlumatlandırılırlar. Tələbələr, eyni zamanda institutun elmi seminarında iştirak edir, tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişləri öyrənirlər.

Qeyd edək ki, istehsalat təcrübəsi aprelin 19-dək davam edəcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.