XƏBƏRLƏR Arxiv 1978 Çap et
02.03.2020 / Maraqlı məlumatlar İnstitut əməkdaşları “Qadin və uşaq siğınacağı”nın qonağı olub

29 fevral 2020-ci il tarixində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun rəhbərliyi, Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü və kollektivin dəstəyi ilə institutun bir qrup əməkdaşı “Qadın və uşaq sığınacağı”nı ziyarət ediblər. Tədbir Binəqədi rayonunda yerləşən mərkəzin şəraiti, qidalanması, sinif otaqları, uşaqların əl işlərindən ibarət hazırlanmış guşə və s. ilə tanışlıqla başlayıb.

Daha sonra Mərkəzin sədri Mehriban Zeynalova ilə görüşüb, onların ehtiyacları, problemləri dinlənilib.

Eyni zamanda körpələrimiz onlar üçün hazırlanan fotoqrafiya ilə bağlı master-klassda iştirak edib, gənclərimizə arzu və diləklərini bildiriblər.  

İnstitutun gənc alimlərinin iştirakı ilə sığınacaq mərkəzinin sakinləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edilmiş, hədiyyələr ilə sevindiriliblər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.