XƏBƏRLƏR Arxiv 2175 Çap et
16.03.2020 / Mühüm hadisələr Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələrində koronavirusa qarşı dezinfeksiya işləri görülüb

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncamına uyğun olaraq, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) elmi müəssisələrində dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər davam etdirilir. Məqsəd infeksiyalara yoluxma hallarının qarşısının alınması və bu sahədə profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsidir.

BTEB-in Botanika, Mikrobiologiya, Molekulyar Biologiya və Biotexnologiyalar institutlarında koronavirusa qarşı dezinfeksiya işləri aparılıb.

Elmi müəssisələrin inzibati korpusları, laboratoriya otaqları, konfrans zalları, kitabxana və dəhlizləri xüsusi preparatlarla təmizlənib. Həmçinin əməkdaşlara koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında maarifləndirici məlumatlar verilib.

Qeyd edək ki, AMEA rəhbərinin sərəncamında BTEB-in mütəxəssislərinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların edilməsi, maarifləndirici materialların dərc olunması ilə bağlı müvafiq tapşırıqlar da verilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.