XƏBƏRLƏR Arxiv 2027 Çap et
20.03.2020 / Maraqlı məlumatlar Yaz fəsli Azərbaycana qədəm qoyub

Yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 07:49:36-da qədəm qoyub.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından aldığımız məlumata görə, bu vaxtdan etibarən Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu nöqtəyə yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Yazın gəlişi martın 20-si səhər saatlarına təsadüf etdiyindən Novruz bayramı elə bu gün qeyd olunur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.