XƏBƏRLƏR Arxiv 2115 Çap et
22.03.2020 / Mühüm hadisələr Rusiyada koronavirusa qarşı vaksinin üç prototipi hazırlanıb

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi koronavirusa qarşı vaksinin üç prototipini hazırlayıb.

ria.ru saytının məlumatına görə, bu vaksin SARS-CoV-2-nin səthi S-zülalının epitopları əsasında rekombinant zülallardan ibarətdir. Onun siçanlarda immunogenliyi üzrə tədqiqatlar aparılıb.

Pilot tədqiqatlarının nəticələri iyunda məlum olacaq, ikinci mərhələnin isə cari ilin üçüncü rübünün başlanğıcında yekunlaşması planlaşdırılır.

Bundan başqa, “Vektor” Virusologiya və  Biotexnologiya üzrə Dövlət Elmi Mərkəzi vaksinin hazırlanması üzərində işləyir. Mərkəzdə, həmçinin laboratoriya heyvanları üzərində sınaqlara başlanılıb. Alimlər tədqiqatların nəticələrinə əsasən ən perspektivli və təhlükəsiz prototipləri müəyyən edəcəklər. Onlar hesab edirlər ki, vaksin ilin sonunadək istifadəyə veriləcək.

Qeyd edək ki, bu yaxınlarda A.A.Smorodintseva adına Elmi Tədqiqat İnstitutunun alimləri koronavirusun genomunu tamamilə öyrəniblər. Bu isə vaksinlərin və antivirus preparatlarının hazırlanmasında kömək edəcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.