XƏBƏRLƏR Arxiv 2081 Çap et
02.04.2020 / Mühüm hadisələr Fiziologiya İnstitutunda onlayn dərslərə başlanılıb

Məlumdur ki koronavirus pandemiyasının (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris dayandırılıb.
Magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini, tədris olunan fənlərin nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə AMEA Fiziologiya İnstitutu da Distens Təhsil Sistemi ilə fəaliyyətə başlayıb. Belə ki, institutda magistratura səviyyəsi üzrə təhsil alan magistrlar online formada, skayp vasitəsilə dərsləri davam etdirir. Əlavə olaraq institut saytında mütəmadi olaraq müvafiq fənnlər üzrə mövzular yerləsdirilmis, lazım olan materiallar tələbələrin ixtiyarına verilmişdir.

Qeyd edək ki, dərslərə davamiyyət və qiymətləndirmə həm online, həm də mühazirələr üzrə aparılır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.