XƏBƏRLƏR Arxiv 2529 Çap et
25.04.2020 / Mühüm hadisələr AMEA-nın Fiziologiya İnstitutu və Şuşa Şəhər İcra Hakimiyyətinin birgə yardım aksiyası

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu koronavirusla mübarizə tədbirlərini davam etdirir.

Bu istiqamətdə İnstitutun növbəti addımı isə aztəminatlı ailələr üçün təşkil edilən yardım aksiyasında iştirak etməsi oldu.

Abşeron rayon İcra hakimiyyətinin təşəbbüsü, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya institutunun və Şuşa Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yardım aksiyasında 60-a yaxın ehtiyacı olan ailə sevindirilib. "Birlikdə güclüyük" adlı başlanılan aksiyada Xırdalan şəhəri və Masazır kəndi ərazisində yaşayan Şuşa şəhərindən və digər bu kateqoriyada olan aztəminatlı ailələrə yardım paylanılıb.

İnstitutun bu xeyirxah addımı ailələr tərəfindən yüksək dəyərləndirilib, ölkə rəhbərliyinə və instituta minnətdarlıqları bildirilib, kollektivə bu təqdirəlayiq yolda uğurlar arzulayıblar.

Qeyd edək ki, yardım aksiyası davam etdiriləcək.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.