XƏBƏRLƏR Arxiv 2024 Çap et
05.06.2020 / Mühüm hadisələr AMEA-nın Əsas binası yenidən dezinfeksiya olunub

Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə ölkəmizin aidiyyəti dövlət orqanları tərəfindən kompleks tədbirlər icra olunur.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq, AMEA-da mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlər həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 31 may 2020-ci il tarixindən etibarən dövlət müəssisələrində çalışan işçilərin sayı ilə bağlı məhdudiyyət ləğv edildiyindən AMEA-da da bütün əməkdaşların işə davamiyyəti 1 iyun 2020-ci il tarixindən bərpa olunub.

Akademiyanın fəaliyyəti bərpa edildikdən sonra qurumun Əsas binasının iş və laboratoriya otaqları yenidən dezinfeksiya olunub, işə çıxan əməkdaşlar maska, spirt və digər qoruyucu vasitələrlə təmin olunublar.

Bununla yanaşı, əməkdaşlar arasında laboratoriyalarda sosial məsafənin saxlanılması tələblərinə riayət etmələri barədə maarifləndirmə işləri aparılıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.