XƏBƏRLƏR Arxiv 2022 Çap et
08.06.2020 / Mühüm hadisələr Azərbaycan dünyada uzunömürlülüyün populyasiya səviyyəsində təmsil olunan nadir ölkələrdəndir

Bu fikir Mədəniyyət Diplomatiyası Cəmiyyətinin rəhbəri, ABŞ-da yerləşən “Qarabağ” Qeyri-Kommersiya Fondunun keçmiş icraçı direktoru Diana Kohen Altmanın İsrailin ən çox oxunan ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində yer alıb.

D.Altman məqaləsində uzunömürlülüyün sirlərinin öyrənilməsi sahəsində İsrail və Azərbaycan alimlərinin tədqiqatlarına diqqət yetirib. Azərbaycanda yaşı 90 və daha çox olan insanların çox olduğunu bildirən jurnalist müxtəlif sahə mütəxəssisləri ilə uzunömürlülük haqqında mühasibələrindən məlumatları bölüşüb.  

Məqalədə dünyada bu sahədə aparılan tədqiqatlar sırasında AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda prioritet istiqamətlərdən biri kimi uzunömürlülüyün multidissiplinar yanaşmalarla öyrənilməsinin yer aldığı bildirilib, institutun direktoru, professor Ulduz Həşimovaya istinadən respublikada beynəlxalq praktikaya uyğun herontoloji tədqiqatların inkişaf pespektivlərinə toxunulub.

Qeyd edək ki,  D.Altman əvvəllər dəfələrlə Azərbaycanda olub, müxtəlif dövlət və ictimai təşkilatlarda görüşlər keçirib, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aktiv fəaliyyət göstərib.

Məqalə ilə www.jpost.com saytında tanış olmaq mümkündür.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.