XƏBƏRLƏR Arxiv 5760 Çap et
16.10.2018 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunda müasir hüceyrə texnologiyalarina həsr olunmuş elmi konfrans keçirilmişdir

     16 oktyabr 2018-ci ildə Fiziologiya İnstitutunda “Hüceyrə texnologiyaları -gələcəyin texnologiyaslarıdır” skayp-konferensiya formatında elmi-praktiki seminar keçirilmişdir. Konfrans Fiziologiya İnstitutu və Azərbaycan da daxil olmaqla, Rusiya və digər MDB ölkələrində analitik avadanlıq və mikroskopiya sahəsində fəaliyyət göstərən Carl Zeiss və başqa dünya brendlərinin eksklüziv nümayəndəsi olan OPTEC şitkəti tərəfindən təşkil olunmuşdur.

     Seminar OPTEC şitkətinin Hüceyrə texnologiyaları şöbəsinin (Bioloji texnologiyalar departamenti) rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Malıgina Tamara Oleqovna tərəfindən aparılmışdır. O, hüceyrə texnologiyalarının aktual problemləri və bu texnologiyaların müasir nailiyyətlərinin praktiki istifadəsi üzrə məlumatları təqdim etdi. Seminarın gedişində həmçinin hüceyrə texnologiyaları mərkəzlərinə qoyulan tələblər  və onların təchizatına müasir yanaşmalar haqqında danışıldı. Seminar iştirakçıları müasir tədqiqat avadanlıqlarınıın tətbiqi ilə təcrübələrin aparılmasına yeni yanaşmalar və bu avadanlıqlardan istifadə etməklə həll edilməsi mümkün olan elmi və praktiki məsələlərin ayrı-ayrı nümunələri ilə tanış oldular.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.