XƏBƏRLƏR Arxiv 1738 Çap et
25.06.2020 / Maraqlı məlumatlar Fiziologiya İnstitutunda online imtahan keçirilib

Məlumdur ki, koronavirus pandemiyasının (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris dayandırılıb.

Magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini, tədris olunan fənlərin  nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə Fiziologiya İnstitutu da Distant Təhsil Sistemi ilə fəaliyyət göstərir.

Bu gün “Biologiyada informasiya texnologiyaları” fənnindən online imtahan keçirilib. Elmi işlər üzrə direktor müavini, professor Əhməd Hacıyev, fənn müəllimi, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev və “Təhsil” şöbəsinin mütəxəssisi Məlahət Əlizadənin iştirakı ilə baş tutan imtahanda magistrant Əmrahova Şəms verilən sualları yüksək səviyyədə cavablandırmışdır.  

Qeyd edək ki, institutda magistratura səviyyəsi üzrə institut saytında mütəmadi olaraq müvafiq fənnlər üzrə mövzular yerləşdirilmiş, lazım olan materiallar tələbələrin ixtiyarına verilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.