AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iyunun 25-də “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda keçirilmiş onlayn konfransda iştirak edib. Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, eləcə də Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar keçirilib.
Konfransda Baş Nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov ölkəmizdə narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edənlər narkomaniyaya qarşı müvafiq qurumlar və ictimaiyyət tərəfindən birgə mübarizə aparılması, keçirilən maarifləndirmə tədbirlərinin daimi xarakter almasının önəmini vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.