Prezident İlham Əliyev iyulun 22-də Milli Mətbuatın yaranmasının 145 illiyi münasibətilə “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, akademiyanın 3 əməkdaşı - AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyev, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuat sektorunun baş mütəxəssisi Qaliyə Əliyeva və Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Şakir Albalıyev kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.