XƏBƏRLƏR Arxiv 1603 Çap et
31.08.2020 / Maraqlı məlumatlar Fiziologiya İnstitutunun əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Respublika Talassemiya Mərkəzinin təşkil etdiyi qanvermə aksiyasında iştirak ediblər. Tədbirin təşkilində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarət idi.

Könüllülük əsasında keçirilən aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq qan analizi götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Qeyd edək ki, bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstəyin təzahürüdür.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.