XƏBƏRLƏR Arxiv 2011 Çap et
03.09.2020 / Maraqlı məlumatlar “Hidrokortizon”un COVID-19-a qarşı effektivliyi sübut olunub

İltihab əleyhinə steroid vasitə olan “Hidrokortizon” ən ağır koronavirus xəstələrinin ölüm faizini azalda bilər.

Regnum.ru saytının məlumatına görə, bu istiqamətdə Böyük Britaniyanın “Imperial College” və “Intensive Care National Audit” Mərkəzinin alimləri tədqiqat aparıblar.

Belə ki, bir həftəlik müalicə kursu nəticəsində reanimasiyada olan pasiyentlərin sağalma faizinin yüksək olduğu müəyyənləşib.

Qeyd edək ki, “Hidrokortizon” Böyük Britaniyada COVID-19-un müalicəsi üçün “Deksametazon”dan sonra bəyənilən ikinci dərmandır.