Qazaxıstanın Milli Kurort Assosiasiyası Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə müalicəvi turizm və sanator-kurort sahələrində ikitərəfli elmi-praktiki əlaqələrin daha da inkişaf etdirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, eləcə də Naxçıvan Muxtar Respublikasındakı "Duzdağ" Fizioloji Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalayıb.
Memorandumların məqsədi tibbi turizm, sanator-kurort müalicəsi sahəsində əməkdaşlığın inkişafı, yeni tibbi-bioloji texnologiyalar və biotibb tədqiqatları üzrə təcrübə mübadiləsi, sağlamlaşdırma sahəsində birgə layihə və treninq proqramlarının həyata keçirilməsidir. Bundan əlavə, imzalanmış sənədlər Qazaxıstanla Azərbaycan arasında iki ölkənin sanatoriyalarına müalicə-sağlamlıq məqsədləri üçün yönələn qaşılıqlı turist axınının artmasına təkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.