XƏBƏRLƏR Arxiv 2148 Çap et
20.10.2020 / Mühüm hadisələr AMEA-nın akademik-katibi Əminağa Sadıqov ölkə başçısına məktub ünvanlayıb

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Torpaqlarımızın işğalçılardan azad edilməsi istiqamətində həyata keçirdiyiniz çoxşaxəli siyasətin məntiqi nəticəsi kimi son döyüşlərdə ordumuzun uğurlu qələbələri və dünya birliyinin bizim haqq işimizə dəstək verməsi bütün Azərbaycan xalqı kimi məni və ailə üzvlərimi də ürəkdən sevindirir.

Bu gün milliyyətindən, dinindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız bir yumruq kimi Sizin ətrafınızda birləşərək düşmənə qarşı səfərbər olublar. Sizin müdrik addımlarınız, siyasi uzaqgörənliyiniz, cəsarətli çıxışlarınız hamımızda böyük iftixar hissi yaradır və qələbəyə inamımızı artırır. Əminik ki, qalib ordunun Ali Baş Komandanı kimi tezliklə qələbə paradını qəbul edəcəksiniz. Tanrı bu yolda Sizə yar olsun!

Dərin hörmət və ehtiramla,

Əminağa Sadıqov

Professor

Azərbaycan Respublikası, Bakı şəhəri.

"President.az"