XƏBƏRLƏR Arxiv 1558 Çap et
01.11.2020 / Mühüm hadisələr Fiziologiya İnstitutunun əməkdaşları qanvermə aksiyasında iştirak edib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədi ilə tədbirlərini davam etdirir. Belə ki, İnstitutun əməkdaşları qana ehtiyacı olan hərbçilərimiz üçün qanvermə aksiyasında iştirak ediblər.

Könüllülük əsasında keçirilən aksiya zamanı B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkimləri tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılaraq qan götürülüb. Aksiya çərçivəsində könüllü donor kimi AMEA-nın Fiziologiya İnstitutu ilə yanaşı digər institutların əməkdaşları da yüksək fəallıq göstərib, qan veriblər.

Aksiyadan sonra Fiziologiya İnstitutunun əməkdaşları Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə alan hərbçiləri ziyarət ediblər.

Tədarük olunan qan nümunələri yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.