XƏBƏRLƏR Arxiv 1367 Çap et
27.11.2020 / Mühüm hadisələr “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib

Prezident İlham Əliyev noyabrın 27-də “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Fəaliyyət Planının 5.4.10-cu bəndində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına “Yeniyetmələrin intellektual inkişafını stimullaşdıran və təşviq edən layihələrin həyata keçirilməsi və dəstəklənməsi”nə dair birgə tədbirlərin icrası tapşırılıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.