İşğaldan azad olunan ərazilərimizin quruculuq işlərində digər dövlət qurumları kimi, Azərbaycan Milli Elmlər Akademiyası da yaxından iştirak edəcək.
Bu sözləri AMEA Prezidentinin katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov Elm TV-yə müsahibəsində deyib. Bildirib ki, akademiya Azərbaycanda elm siyasətini icra edən əsas qurumdur.
30 ilə yaxın bir müddətdə vəhşicəsinə talan edilən, flora və faunası məhv olunan Qarabağ bölgəsinin yenidən dirçəldilməsinin zaman alacağını deyən E.Əmirov qeyd edib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı ilə artıq Tədbirlər planı hazırlanıb.
Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.