XƏBƏRLƏR Arxiv 1945 Çap et
11.01.2021 / Mühüm hadisələr Fiziologiya İnstitutunda online imtahan keçirilib

Bu gün AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Distant Təhsil Sistemi ilə növbəti qış sessiya imtahanını keçirib.  “Ekoloji fiziologiya” fənnindən keçirilən online imtahan “Ekotoksikologiya” laboratoriyasının biologiya üzrə fəlsəfə doktoru Sevinc Yusifova və “Təhsil” şöbəsinin mütəxəssisi Məlahət Əlizadənin iştirakı ilə qəbul edilib. Baş tutan imtahanda “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə təhsil alan ikinci kurs tələbəsi, magistrant Əmrahova Şəms verilən sualları yüksək səviyyədə cavablandırıb. 

Qeyd edək ki, institutda magistratura səviyyəsi üzrə institut saytında mütəmadi olaraq müvafiq fənnlər üzrə mövzular yerləşdirilmiş, lazım olan materiallar tələbələrin ixtiyarına verilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.