Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə ölkə başçısının 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında Qarabağ Dirçəliş Fondu yaradılıb.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin təşəbbüsü ilə akademiyanın Azad Həmkarlar İttifaqının və ilk həmkarlar təşkilatlarının fondundan Qarabağ Dirçəliş Fonduna 20 min manat məbləğində vəsait köçürülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.