XƏBƏRLƏR Arxiv 1650 Çap et
21.01.2021 / Maraqlı məlumatlar Okeanın dərinliklərində elmə məlum olmayan yeni yırtıcılar kəşf olunub

Avstraliya alimləri, okeanın dərinliklərində əvvəllər elmə məlum olmayan yırtıcı süngər növlərini kəşf ediblər.

Yeni orqanizmlər - “Nullarbora heptaxia”, “Abyssocladia oxyasters” və “Lycopodina hystrix” Böyük Avstraliya Körfəzinin müəyyən bölgəsində yaşayırlar. 

Üç yeni növ üç yeni nəsil meydana gətirir. Onlar 163 metrdən üç min metrə qədər dərinliklərdə yaşayırlar.

Bunlar Cənubi Avstraliyada tapılan ilk yırtıcı süngərlərdir.

Süngərlər - dəniz suyunu filtrasiya edərək qida əldə edən çoxhüceyrəli heyvanlardır. Onların sinir, həzm və qan dövranı sistemi yoxdur. Bununla belə, bəzi yırtıcı süngərlər ov üçün xüsusi ov mexanizmlərindən istifadə edirlər.

Oxu.az