XƏBƏRLƏR Arxiv 1284 Çap et
29.01.2021 / Görüşlər Fiziologiya İnstitutunun Mərkəzi Elmi kitabxanasının rəhbərliyi ilə görüşü

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə qarşılıqlı əməkdaşlıq məqsədilə AMEA-nın Mərkəzi Elmi kitabxanasının direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyevlə görüş keçirilib.  

Görüşdə Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova, doktorant İlahə Rzayeva və institutun kitabxana müdiri Gülnarə Tanrıverdiyeva  iştirak ediblər.

Görüş zamanı Fiziologiya İnstitutunda müasir tələblərə cavab verən kitabxana fondunun qurulması istiqamətində müzakirələr aparılıb. Qərar alınıb ki, yeni yaradılacaq fond tematik, ixtisaslaşmış, metodiki və digər məlumat bazaları əsasında mərkəzləşdirilmiş qaydada formalaşdırılsın. Həmçinin müasir elmin araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması və onlardan effektiv istifadənin vacibliyi vurğulanıb.

Sonda isə Fiziologiya İnstitutu tərəfindən hazırlanmış bir neçə kitab Mərkəzi Elmi Kitabxanaya hədiyyə edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.