XƏBƏRLƏR Arxiv 3268 Çap et
27.02.2019 / Görüşlər Rusiyalı alim Fiziologiya İnstitutunun qonağı olub

     M.V. Lomonosov adına Moskva Dövlət Universiteti “Ali sinir fəaliyyətinin fiziologiyası” kaferdrasının və Federal Elmi Nevroloqiya mərkəzinin “Kliniki və exsperimental neyrokimya” laboratoriyasının aparıcı eımi işçisi biologiya üzrə fəlsəfə doktoru Daniil Berejnoy AMEA-nın Fiziologiya İnstitutunun qonağı olub.

     Daniil Berejnoy gəlişində əsas məqsəd kompüterlə təchiz olunmuş “Məkiki kamera” qurğusunun quraşdırılması və sıçovullar üzərində dörd yeni metodların sınaqdan keçirilməsi idi.

     Bundan əlavə, qonaq tərəfindən  “ Müxtəlif test şəraitlərində təlim və yaddaş proseslərinin öyrəmilməsi” mövzusunda institutun əməkdaşları üçün seminar keçirilmişdir.

     Qeyd olunmalıdır ki, Daniil Berejnoyun gəlişi Fiziologiya İnstitutu və Moskva Dövlət Universitetinin biologiya fakültəsi arasındakı saziş çərçivəsində həyata keçirilmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.