XƏBƏRLƏR Arxiv 1491 Çap et
26.02.2021 / Konfranslar, iclaslar Xocalı qurbanlarının anım mərasimi keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirib.

Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova Xocalı soyqırımının dəhşətlərini, onun ağır nəticələrini, fəlakət nəticəsində Azərbaycan xalqına vurulan maddi və mənəvi zərərləri barədə həqiqətləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sönra sözü institutun ümumi işlər üzrə direktor müavini, “Vətən naminə” medalı ilə təltif edilən Könül İbrahimovaya verib. 44 günlük Vətən müharibəsində İnstitut əməkdaşlarının cəbhəyanı ərazidə hərbi hissələrə səfər edib mütəmadi olaraq Azərbaycan Ordusunun əsgər və zabitlərinə mənəvi dəstək etməsindən söz açıb. K.İbrahimova müharibənin Azərbaycanın tam qələbəsi ilə başa çatmasında Ali Baş Komandanın dəmir iradəsi və sarsılmaz qətiyyəti, eyni zamanda, Ordumuzun şəxsi heyətinin cəsarəti və xalqın birliyinin böyük rol oynadığını vurğulayıb. O, Milli qəhrəmanlarımızı gənc nəslə daha yaxından tanıtmaq, onlara vətənpərvərlik ruhu aşılamaq, torpaqlarımızın azadlığı urğunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək üçün Fiziologiya Institutunda xatirə guşəsi yaradıldığını elan edib.

Daha sonra “Hüceyrənin morfofunksional plastikliyi” laboratoriyasının müdiri, biologiya elmləri doktoru Fəxrəddin Əskərov tarixin müxtəlif dönəmlərində xalqımızın üzləşdiyi soyqırımlardan, Xocalıda törədilən faciələrdən söz açıb.

Mərasimdə “Təbii mənşəli heroprotektorların farmakologiyası” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru  Xanağa Babayev, “Uzunömürlülüyün fiziologiyası” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova, Gənc alim və mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova çıxış edərək ermənilərin Azərbaycanda törətdikləri bu soyqırımın dünyada ən qanlı cinayətlərdən biri olduğunu bildirib, erməni yalanlarını ifşa etməyin vacibliyini vurğulayıblar.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.